Ev tozu allergiyası deyəndə nə başa düşürük?
E-saglam.az xəbər verir ki, yunun, tükün, bəzi kitab tozlarının içində yaşayan gənələr var ki, bunlar allergik təsirə malikdirlər. Yuxarı tənəffüs yollarından, eləcə də gözlərdəki və qulaqdakı selikli qişadan orqanizmə daxil olurlar və yerli olaraq bir allergik reaksiya, allergik təsir yaradırlar.
Ümumi ev tozuna allergiya simptomları bunlardır :
- Asqırma
- Burun axması
- Qaşıntılı, qırmızı və ya sulu gözlər
- Burun tutulması
- Burun, ağız və ya boğaz qaşınması
- Qaşıntılı dəri
- Öskürək və s.
Toz gənəsinin olması evin təmiz olmadığı anlamına gəlmir. Toz allergiyası olan insanlar, daha həssas olduqlarından bu kimi hallarda həkimlərdən tövsiyə almalı, həyat tərzlərini ona görə düzənləməlidirlər.