Tibbi xəbərlər
Ev şəraitində diş ağardarkən diqqətli olun –
Tibbi xəbərlər

Ev şəraitində diş ağardarkən diqqətli olun – Zərər verə bilərsiniz

Ev şəraitində istifadə edilən diş ağardıcı vasitələrin nəzarətsiz tətbiqi diş minasının aşınmasına, həssaslığa və diş ətlərinin qıcıqlanmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Dr. Özge Mimir qeyd edir ki, dişlərdəki ləkələr əsasən qida, içki və siqaretin təsiri ilə yaranır. Kimyəvi ağardıcı maddələr bu ləkələri aradan qaldırmağa kömək etsə də, düzgün istifadə edilmədikdə zərər verə bilər.

Ticari diş ağardıcı məhsullar – diş pastaları, gellər və karbon tozları səthi ləkələri təmizləyə bilər, lakin genetik və daxili rəng dəyişikliklərinə təsiri məhduddur. Buna görə diş həkimi müayinəsi vacibdir. Yanlış və həddindən artıq istifadə diş minasını zəiflədərək həssaslığa, diş sinirlərinin zədələnməsinə və diş ətlərinin iltihablanmasına səbəb ola bilər.

Diş həkimləri tərəfindən edilən peşəkar ağartma daha güclü maddələr və nəzarətli üsullarla həyata keçirildiyi üçün daha effektiv və təhlükəsizdir. Evdə istifadə edilən məhsullar isə daha səthi təsir göstərir və uzunmüddətli istifadədə dişlərə zərər verə bilər.

Dişlərin ağ qalma müddətini uzatmaq üçün turşulu qidalardan çəkinmək, siqaretdən uzaq durmaq və floridli diş pastası ilə gündə ən azı iki dəfə fırçalamaq tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun