Tibbi xəbərlər
Ət xalının yandırılması xərçəng yaradır?
Tibbi xəbərlər
405

Ət xalının yandırılması xərçəng yaradır? - Video

Son zamanlar Azərbaycanda papillomavirusa təmas yolu ilə yoluxma hallarının artdığı müşahidə olunur.

E-saglam.az xəbər verir ki, iddialara görə, bu infeksion yoluxma gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər.

Bəs bu xəstəliyin düzgün müalicəsi necədir?

Həkim Adil Qeybulla bildirib ki, dəridə olan xırda papillomalar adətən yandırılaraq götürülür:

“Ən təhlükəlisi qadınlardadır. Qadınlarda uşaqlıq boynunu zədələyir və uşaqlıq boynu xərçəngini törədir”.

Həkim Məlahət Qəhrəmanova isə qeyd edib ki, papillomavirusunu təbii üsullarla da müalicə etmək mümkündür:

“Analiz vasitəsilə araşdırılır, xəstəliyin papillomavirus və ya ət xalı olması dəqiqləşdirildikdən sonra düzgün müalicəsi aparıla bilər”.

Həkim onu da bidirib ki, papillomavirus üçün xüsusi vaksinlər mövcuddur.

Ətraflı Baku TV-nin süjetində:

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun