Tibbi xəbərlər
Ət məhsullarının 90 faizində xərçəng yaradan
Tibbi xəbərlər

Ət məhsullarının 90 faizində xərçəng yaradan mikroplastiklər var - Araşdırma

Son araşdırmalar göstərir ki, ət və bitki əsaslı proteinlər də daxil olmaqla, qida məhsullarının 90%-i xərçəng riski yaradan mikroplastiklər ehtiva edir. Bu hissəciklər qida istehsalı və qablaşdırma proseslərində qidalara qarışır və insan orqanizmində toplanaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, alimlərin apardığı testlər nəticəsində mal əti steykində 90, bitki mənşəli ət nümunələrində isə 25-40 plastik hissəcik aşkar edilib. Ümumilikdə, protein nümunələrinin 88%-də mikroplastiklərə rast gəlinib. Bu maddələr xərçəng, ürək xəstəlikləri və reproduktiv problemlərlə əlaqələndirilir.

Tədqiqatçılar bildirirlər ki, plastik çirklənmə təkcə quruda istehsal olunan proteinlərdə deyil, dəniz məhsullarında da mövcuddur. Hətta dəniz məhsulları belə, plastik tullantılar səbəbindən çirklənməyə məruz qalır və insan sağlamlığı üçün təhlükə yaradır.

Bu araşdırma, Kolumbiya Universitetinin apardığı digər bir təcrübəni də təsdiqləyir. Həmin araşdırmaya görə, bir litr qablaşdırılmış suda orta hesabla 240.000 nanoplastik hissəcik tapılıb. Bu nəticələr, plastik çirklənmənin qlobal miqyasda ciddi bir problem olduğunu və qida təhlükəsizliyinə təsir etdiyini bir daha sübut edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun