Hamı bilir ki, asqırmağı boğmaq olmaz. Bəs əsnəmək necə? Elm adamları izah etdilər.
E-saglam.az xəbər verir ki, orta hesabla əsnəmə beş saniyə davam edir. Psixologiya üzrə dosent Endryu Qellup hesab edir ki, əsnəməyin məqsədi beyni soyutmaqdır.
Bu, beyinə qan axınının tezliyini və temperaturunu dəyişir.
Gallup-a görə, səhər və axşam əsnəmə bu dövrlərdə bədən istiliyinin ən yüksək olması ilə izah edilə bilər. Buna görə də o, əsnəməyə oyaqlıqdan yuxuya və əksinə rəvan keçməyə kömək edən bir vasitə kimi baxır.
Bəs əsnəməyi yatırtmaq zərərlidirmi? Mütəxəssislərin qeyd etdiyi kimi, ən pis halda əsnəmə qarşı tərəf tərəfindən maraqsızlıq və ya hətta hörmətsizlik kimi qəbul edilir, buna görə də bəzən əsnəyi yatırtmaq məna kəsb edir. Ancaq sağlamlıq baxımından bu təhlükəli deyil.
Tərcümə: Könül Oruc