Qidalanma
Əsəbləri sakitləşdirən və yuxunu yaxşılaşdıran
Qidalanma
18

Əsəbləri sakitləşdirən və yuxunu yaxşılaşdıran gözlənilməz bir qida açıqlanıb

Stress və yuxusuzluq üçün təbii bir vasitə axtarırsınızsa, adi noxudu da qidalanmanıza əlavə edə bilərsiniz.

E-saglam.az xəbər verir ki, qidalanma üzrə məşqçi Olqa Yablokova bu paxlalı bitkinin sağlamlıq üçün faydalarından danışıb.

Onun sözlərinə görə, noxudun əsas üstünlüklərindən biri yüksək maqnezium tərkibidir. Maqnezium isə yuxu keyfiyyətinin yaxşılaşması və stressin azalması üçün vacib minerallardan hesab olunur. Quru noxud həm də qida dəyəri baxımından zəngindir və 100 qramında təxminən 20–23 qram protein mövcuddur.

Mütəxəssis qeyd edir ki, noxuddan hazırlanan yeməklər uzun müddət toxluq hissi yaradır və bu da tez-tez qəlyanaltı etməyin qarşısını almağa kömək edir.

Bundan əlavə, noxud B qrup vitaminləri və kaliumla zəngindir. Bu maddələr maddələr mübadiləsində iştirak edir, sinir sistemini dəstəkləyir və ürəyin normal fəaliyyətinə kömək edir. Noxudun tərkibindəki dəmir isə orqanizmdə normal hemoqlobin səviyyəsinin qorunmasına dəstək verir.

Pəhriz lifləri də noxudun vacib xüsusiyyətlərindən biridir. Həll olan lif “pis” xolesterolu azaltmağa kömək edir, həll olmayan lif isə bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Yablokova vurğulayıb ki, aparılan tədqiqatlara görə paxlalı bitkilərin müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskinin azalması və qan şəkərinin daha stabil qalması ilə əlaqələndirilir. Bu isə noxudun yüksək qida dəyəri və orta qlisemik indeksə malik olması ilə bağlıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun