Yandex watch
Əsas təhlükə "Qrip" bitdikdən sonra başlayır:

Tibbdə “miokardit” kimi tanınan, lakin cəmiyyətdə kifayət qədər bilinməyən “ürək qripi” xüsusilə gənc yaşlarda qəfil ölüm hallarının əsas səbəblərindən biri kimi diqqət çəkir. Mütəxəssislər xəbərdarlıq edir: Sadə bir qrip kimi qəbul edilən infeksiyalar ürəyə ciddi ziyan vura bilər. “Qripi keçirdim, sağaldım” düşüncəsi sizi təhlükəyə ata bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yaxın günlərdə 31 yaşlı Eray Alpsoyun yaşadığı hadisə bu xəstəliyin ciddiliyini bir daha gündəmə gətirdi. Qrip simptomları ilə bir müddət evdə istirahət edən Alpsoy döş qəfəsində kəskin ağrı hiss etdikdən sonra xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona miokardit – yəni ürək əzələsinin iltihabı – diaqnozu qoyulub.

“Ayağa qalxmamaq ürək üçün həyati əhəmiyyət daşıyır”

Kardiologiya mütəxəssisi dosent doktor İsmail Gürbak bildirir ki, qripə bənzər virus infeksiyaları təkcə tənəffüs sistemini deyil, ürəyi də hədəf ala bilər. “Əgər xəstədə virus mənşəli infeksiya varsa, o, bu müddətdə mütləq dincəlməli, fiziki yükdən uzaq durmalıdır. Döş qəfəsində ağrı, nəfəs darlığı və ürək döyüntüsü kimi əlamətlər ciddiyə alınmalıdır,” – deyə Gürbak vurğulayıb.

Miokardit riski necə artır?

Qripdən sonra bədən tam sağalmadan gündəlik fəaliyyətə dönmək ürək üçün böyük risk yaradır. “İnsanlar çox vaxt qripi ayaq üstə keçirmək istəyirlər. Amma bu zaman orqanizm, xüsusilə də ürək, artıq yüklənmiş olur və nəticədə miokardit riski artır,” – deyə mütəxəssis xəbərdarlıq edir.

Viruslar ürəyi necə təsirləndirir?

Təkcə qrip deyil, COVID-19 və RSV kimi respirator viruslar da ürək toxumasına ziyan vura bilər. Mütəxəssislər bu səbəbdən infeksiya dövründə bol istirahət, kifayət qədər maye qəbulu və mütləq həkim nəzarətinin vacibliyini önə çəkirlər.

Xalq arasında “ürək qripi” kimi tanınan bu xəstəlik çox zaman yüngül əlamətlərlə başlayır, lakin vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər. Gənclər arasında baş verən qəfil ölümlərin səbəbi kimi tez-tez rastlanan miokardit, xüsusilə qripdən sonrakı dövrdə diqqətdən kənarda qalmamalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az