Qidalanma
Ərzaq məhsullarının topdan və pərakəndə satışı ilə bağlı nöqsanlar aşkarlandı
Qidalanma

Ərzaq məhsullarının topdan və pərakəndə satışı ilə bağlı nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küç., ev 20A ünvanında fəaliyyət göstərən fiziki şəxs İskəndərov Həyatxan Hüseynəli oğluna məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyi ticarət müəssisəsində yoxlama keçirib.

AQTA-dan E-saglam.az-a verilən məluamta görə, yoxlama zamanı ticarət müəssisəsində ərzaq məhsullarının saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı aşkar olunub.

Eyni zamanda, ərzaq məhsullarının saxlanılması və satışı zamanı temperatur rejiminə riayət edilmədiyi, termiki emaldan keçmədən istifadə edilən quru meyvələrin, çərəzlərin və ədviyyatların ticarət müəssisəsinin qarşısında üzəri açıq şəkildə satıldığı müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq​​​​​​

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun