"Ana südü uşaq ölümlərinin sayını azaldan ən önəmli faktordur".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
“İstərdim ki, valideynlər süd olmayan zaman bunun səbəbini araşdırsınlar. Mütləq 6 ayına qədər uşağa ana südü versinlər. Bundan sonra əlavə qidaya keçirilə bilər”, - o bildirib.