Tibbi xəbərlər
Erkən müalicə olunmazsa,
Tibbi xəbərlər

Erkən müalicə olunmazsa, korluğa səbəb olur

Dermatologiya Mütəxəssisi Dr. Begüm Günəş, bədəndə səpgilərlə başlayan zona xəstəliyində erkən müdaxilənin son dərəcə əhəmiyyətli olduğunu ifadə etdi.

E-saglam.az xəbər verir ki, suçiçəyi virusu sinirlərdə gizli qala bilər və immun sistemi zəiflədikdə yenidən aktivləşərək zona (shingles) xəstəliyini yaradır. Bu zaman bədəndə birtərəfli, ağrılı qızartı və qabarcıqlar meydana gəlir.

Xəstəlik əsasən yaşlılarda və immun sistemi zəif olan insanlarda rast gəlinir. Lezyonlar ortaya çıxdıqdan sonra ilk üç gün ərzində müalicəyə başlanması vacibdir.

Əsəbləri təsir edərək aylarla davam edən şiddətli ağrılara səbəb ola bilər. Gözə yaxın hissələrdə yaranarsa, görmə itkisi kimi ciddi fəsadlar baş verə bilər.

Şübhəli qızartı, ağrı və ya qabarcıq yaranarsa, dərhal dermatoloqa müraciət etmək lazımdır. Müalicədə antiviral dərmanlar istifadə olunur və erkən müdaxilə xəstəliyin gedişatını yüngülləşdirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun