Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir.
E-saglam.az xəbər verir ki, "Epilepsy Action" xeyriyyə təşkilatının mütəxəssisləri epilepsiya tutması keçirmiş insanlara kömək etmək üçün əsas qaydaları bölüşüblər.
Xəstəlik konvulsiyalara səbəb olur. Bir insanın hücumu varsa, onu zədədən qorumaq üçün başının altına yumşaq bir şey qoymaq lazımdır.
Sonra tutmanın müddətini müəyyənləşdirin, onun başladığı saata baxın. Bu zaman şəxsə necə kömək etmək barədə əlavə məlumat olan tibbi şəxsiyyət vəsiqəsi və ya qolbaq tapmağa çalışın.
Tutma dayandıqdan sonra xəstəyə rahat vəziyyətə gəlməyə kömək edin və onu sakitləşdirin.
Əgər aşağıdakılar varsa, təcili yardım çağırmalısınız:
- Tutma beş dəqiqədən çox davam edirsə;
- Şəxs huşunu bərpa etmirsə;
- Dərhal yeni bir tutma başlayırsa;
- Tutma dayandıqdan sonra şəxs tənəffüs problemi yaşayırsa;
- O, əvvəllər heç vaxt epilepsiya tutması keçirməyibsə.
Tərcümə: Könül Oruc