Xəstəliklər
Epidemiya həyəcanı:
Xəstəliklər

Epidemiya həyəcanı: 500 nəfər səbəbi bilinməyən xəstəliyə tutuldu

Əfqanıstanın Pervan vilayətində 500 nəfərin səbəbi müəyyən edilə bilməyən yoluxucu xəstəliyə yoluxub, 2 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır.

E-saglam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Pervan qubernatorluğunun sözçüsü Hikmətullah Şemim, "səbəbi hələ bilinməyən epidemiya xəstəliyi" səbəbiylə son 4 gündə çox sayda insanın xəstəxanalara müraciət etdiyini bildirib.

Şemim, Pervanın Şinvari rayonunda 500-dən çox insanın səbəbinin hələ müəyyən edilməmiş xəstəliyə yoluxduğunu və yoluxma sayının artdığını bildirib.

Xəstəlikdən 2 nəfərin öldüyünü deyən Şemim, 50 xəstənin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Xəstəliyi "yeni bir yoluxucu xəstəlik növü" olaraq xarakterizə edən Şemim, xəstələrdə, ümumiyyətlə, halsızlıq, əl və qollarda şiddətli ağrı, şiddətli ishal və yüksək hərarət kimi əlamətlərin olduğunu qeyd edib. (Lent.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun