Ənsə ağrısının səbəbi yüksək təzyiq ola bilər.
Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-terapevt Arzu Alxasova bildirib.
Onun sözlərinə görə, yüksək təzyiq boyunda ağrılara səbəb olan bir vəziyyətdir və vaxt itirmədən mütəxəssis həkimə müraciət edilməlidir.
Yüksək qan təzyiqini göstərən boyun ağrısının simptomları:
- Ənsədən başlayaraq başa doğru irəliləyir,
- Ağrı bölgəsində masaj ehtiyacı,
- Qulaqlarda ağrı və cingilti.
Həkim qeyd edib ki, bu əlamətlərlə proqressivləşən ağrı müşahidə olunarsa, kardioloq və nefroloqa müraciət edilməlidir.
Könül Oruc