Qidalanma
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Qidalanma

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

Tədqiqatlar göstərir ki, hər qan qrupu orqanizmi virus, mikrob və toksiki birləşmələrdən qoruyan xüsusi sistemdir. Alimlərin fikrinə görə, müəyyən qan qrupları bu və ya digər xəstəliklərin riskini azalda və ya artıra bilər.

E-saglam.az saglamolun.az-a istinadən bildirir ki, nəfəsalma sistemi xəstəliklərinin ən böyük riski 1 (RH-) qan qrupuna (1-ci qan qrupu, mənfi rezus-faktor) aid olan insanlardadır. Məhz bu qrup insanlarda xroniki bronxit, ağciyər vərəmi, allergiyalar, bronxial astma və s. nəfəsalma sistemi xəstəliklərinə digər qan qrupları ilə müqayisədə daha tez-tez təsadüf edili

Təbii ki, bu o demək deyil ki, sizdə qan qrupu 1 (RH-)-dirsə, sadaladığımız xəstəliklər sizdə mütləq inkişaf edəcək. Lakin risk var və bu səbəbdən bu qan qrupuna aid olan insanlar nəfəsalma sistemi xəstəliklərinin profilaktikasına daim diqqət etməlidir (siqaret çəkməməli, kəskin tənəffüs sistemi xəstəliklərini vaxtında və tam müalicə etməli, tamdəyərli qidalanmalı, allergiyanı müalicə etməlidir və s.

Digər elmi araşdırmalar göstərir ki, nəfəsalma sistemi xəstəliklərinin inkişafı riski 4-cü qan qrupuna aid olan insanlarda digər qan qrupları ilə müqayisədə daha azdır.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun