Tibbi xəbərlər
"Ən yaxşı bəlğəmgətirici" bu imiş:
Tibbi xəbərlər
513

"Ən yaxşı bəlğəmgətirici" bu imiş: Hər gün istehlak edilməlidir

Bəlğəm tənəffüs yollarında yığılan qalın və yapışqan selikdir, bu da öskürək, narahatlıq və yuxusuzluğa səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Tevfik Özlü bildirib ki, bəlğəmin xaric edilməsi üçün ən təsirli vasitə su içməkdir.

Yetərli miqdarda su (gündə ən az 2-3 litr) bəlğəmi mayeləşdirir, axıcılığını artırır və onun tənəffüs yollarından daha asan çıxmasını təmin edir. Az su istehlakı bəlğəmi daha yapışqan edir və çıxarılmasını çətinləşdirir.

Bununla yanaşı, çay və qəhvə suyu əvəz etmir, çünki bu içkilər bədəndən daha çox su itirilməsinə səbəb olur. Su içməkdə çətinlik çəkən şəxslər üçün ayran, sulu şorba və ya kompot tövsiyə edilir.

Su məhdudiyyəti olan xəstələr, məsələn, ürək və ya böyrək çatışmazlığı olanlar, su qəbulunu artırmadan əvvəl mütləq həkimə müraciət etməlidirlər. Bu sadə, lakin effektiv üsul tənəffüs sağlamlığını qorumaqda vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun