Infobae-nin məlumatına görə, diyetoloq Emily Martorano və Nyu-York Universitetinin Qida Laboratoriyasının direktoru Lourdes Castro Mortillaro bütün pendirlərin sağlam olmadığını bildiriblər.
E-saglam.az-ın məlumatına görə, Mortillaro rikottanı ən sağlam pendir növü adlandırıb. Onun sözlərinə görə, tərkibində az natrium və çoxlu zərdab zülalı var ki, bu da pendirin asan həzm olunmasını təmin edir.
Martorano həmçinin Parmesan, Pecorino və Gouda pendirlərini də sağlam seçim kimi qeyd edib. Bu pendirlər yüksək miqdarda kalsium ehtiva edir və uzun müddət toxluq hissi yaradır. Lakin ekspert xəbərdarlıq edib ki, natrium tərkibi yüksək olduğu üçün hipertoniya və böyrək problemləri olan insanlar bu pendirləri məhdudlaşdırmalıdır.
Həkim həmçinin Çeddar pendirini optimal seçim kimi tövsiyə edib.
Tərcümə: Könül Oruc