Ən çox içki içən və siqaret çəkən uşaqlar
Ən çox içki içən və siqaret çəkən uşaqlar

Ən çox içki içən uşaqların olduğu ölkənin adı açıqlanıb.

E-saglam.az xəbər verir ki, Böyük Britaniyadan olan uşaqlar dünyanın ən çox içki içənləri olub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasının nəticələri sübut edir .

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, İngiltərədə 11 yaşlı hər üç uşaqdan biri və 13 yaşlı uşaqların yarısı spirtli içki qəbul edib. Bu, tədqiqatın aparıldığı 44 ölkə arasında uşaqlıqda spirtli içki qəbulunun ən yüksək göstəricisidir.

Qeyd olunur ki, varlı ailələrdən olan britaniyalı uşaqlar daha çox spirtli içki qəbul edirlər. Mütəxəssislərin fikrincə, bu, onların tez-tez şərab içən və övladlarına uyğun nümunə göstərən valideynlərini oxşamaq istəyi ilə bağlıdır.

ÜST araşdırması yeniyetmələr arasında siqaret çəkmə probleminə də baxıb. Müəyyən edilib ki, Böyük Britaniyada uşaqlar digər ölkələrdə, o cümlədən Fransa, Almaniya, İspaniya və Kanadadakı yaşıdlarından daha çox siqaret çəkirlər. Tədqiqatın nəticələri göstərdiyi kimi, alkoqol istehlakı və siqaret çəkmə əsasən qızlar arasında müşahidə olunub.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az