Tibbi xəbərlər
EMA: "COVID-19-a qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir"
Tibbi xəbərlər
145

EMA: "COVID-19-a qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir"

"Hazırda koronavirusa qarşı vaksinlər yüksək qoruma səviyyəsinə malikdir".

E-saglam.az xəbər verir ki, bu barədə “report”a Avropa Dərman Agentliyindən (EMA) koronavirusun yeni “mü” ştamının yayılmasını şərh edərkən məlumat veriblər.

“Vaksinlərin effektivliyi və qoruma müddəti haqqında məlumatlar göstərir ki, Aİ/Avropa İqtisadi Zonasında icazə verilən bütün vaksinlər hazırda COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilməkdən, xəstəliyi ağır keçirməkdən və ölümdən yüksək səviyyədə qoruma xüsusiyyətinə malikdir.Bu vəziyyətdə əsas prioritet hələ vaksinlənməmiş şəxslərə peyvənd vurulması olmalıdır”, - məlumatda bildirilib.

Agentlikdən onu da deyiblər ki, vaksinləmə səylərindən başqa, fiziki məsafənin saxlanması, əllərin və nəfəs yollarının gigiyenasına riayət, həmçinin lazımi yerlərdə maskadan istifadə kimi tədbirlərin tətbiqi son dərəcə vacibdir.

“Agentlik vaksinlərinin koronavirusun bütün yeni variantlarından qorumasını təmin etdiyini araşdırmaları üçün bütün istehsalçılara müraciət edib”, - EMA-dan bildirilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun