Faydalı
Əllə yeməyin faydası və ziyanı
Faydalı

Əllə yeməyin faydası və ziyanı

E-saglam.az  Rusiya KİV-lərinə istinadla bildirir ki, bu nəticəyə Stivens Universitetinin alimləri gəliblər.

Eksperimentdə iştirak edən insanlar eyni yeməyi əvvəl əllə, sonra çəngəl və bıçaqla yeyirdilər. Nəticədə bütün iştirakçılar qeyd etdilər ki, əllə yeyilən yemək onlara daha dadlı gəldi.  

Alimlərin fikrinə görə, bunun səbəbi beyinin toxunuşa olan reaksiyasıdır - yeməyə toxunanda beyinə müəyyən siqnallar gedir və bu da yeməyin dadını daha xoş edir.

Mütəxəssislər qeyd edir ki, eksperimentin nəticələri anoreksiyadan əziyyət çəkən insanların müalicəsində istifadə oluna bilər. Kökəlmək istəyənlər də bunu nəzərə almalıdır.

Digər tərəfdən isə insan əllə yeyəndə daha çox yeyir və bu da çəkinin artmasına səbəb ola bilər. Odur ki, arıqlamaq istəyirsinizsə, əllə yeməyin.

Bəzi diyetoloqlar arıqlamaq istəyənlərə çin çubuqları ilə yeməyi tövsiyə edirlər. İnsan çin çubuqları ilə yedikdə asta-asta və adi vaxtlardan daha az yeyir./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun