Tibbi xəbərlər
Əlimizi başqa bir şəxsə toxunduranda bizi niyə “tok” vurur? – Professor AÇIQLADI
Tibbi xəbərlər
473

Əlimizi başqa bir şəxsə toxunduranda bizi niyə “tok” vurur? – Professor AÇIQLADI

Son günlər insanlar daha çox “tok” vurma hissindən şikayətlənirlər. Hətta bəzi şəxslər bunun eletrik cərəyanı olduğunu düşünürlər.

Bəs bu hiss bizdə niyə yaranır? Bizi həqiqətən, elektrik vurur, yoxsa reallıq başqadır?

E-saglam.az xəbər verir ki, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.

O bildirib ki, hansısa obyektə toxunduqda elektrik cərəyanının hiss edilməsi elektrostatikadır: “Hər bir canlı orqanizm, hətta cansız əşyalar belə müsbət və ya mənfi enerji ilə yüklənə bilərlər. Əks yüklə qarşılaşdıqda isə bu cür “tok” vurma hadisəsi baş verir. Bizim əynimizdə olan sintetik materiallar müxtəlif enerjilərlə yüklənir. Həmin enerji bədənə ötürülür və biz əks enerji yükü olan bir obyektə toxunduqda bizdə “tok” vurma hissi yaranır. Bəzi əşyalar neytraldır. Məsələn, pambıq, kağız və s. Onların elektrik yüklənməsi olmur. Qısası, “tok” vurma hissi keçirməyimiz materialdan asılıdır.  

Son günlər bu hissin daha çox yaşanması ilə bağlı nəsə demək çətindir. Bəlkə də bu enerjini daha tez ötürən paltarlar ölkəmizdə çox yayılıb”. 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun