Tibbi xəbərlər
"Elektron siqaret kişilərdə sonsuzluğa və hormon pozulmasına
Tibbi xəbərlər
490

"Elektron siqaret kişilərdə sonsuzluğa və hormon pozulmasına gətirib çıxarır" - Mütəxəssis

Elektron siqaret kişi reproduksiyası üçün zərərlidir. 

E-saglam.az xəbər verir ki, Urologiya şöbəsindən Op. Dr. Akif Ersoy Erkmen bildirib ki, dünyada getdikcə daha çox yayılan və normal siqaretlərə nisbətən, daha təhlükəsiz və zərərsiz olaraq bazara çıxarılan elektron siqaretlər əslində çox zərərlidir:

"Araşdırmalara görə, tərkibində nikotin olub-olmamasından asılı olmayaraq onların zərərləri siqaret və digər tütün məmulatları ilə oxşar səviyyədədir.

Tədqiqatlar nəticəsində müəyyən edilib ki, elektron siqaret buxarında həm kişilərdə, həm də qadınlarda sonsuzluğa səbəb ola biləcək maddələr - ağır metallar, nikotin, formaldehid və s. var".

Hormon səviyyənizi poza bilər

Heyvan araşdırmalarında elektron siqaret buxarına məruz qalma səbəbiylə sperma və kişi cinsi sağlamlığı üçün əhəmiyyətli olan hormon səviyyələrində pozulmalar baş verir. Bu da testis toxumasının birbaşa zədələnməsinə, xayaların büzülməsinə və pisləşməsinə səbəb olur. Testislərdə sperma istehsal edən hüceyrələrin yanında testosteron istehsalını pozan və spermatozoidlərdə keyfiyyətdə əhəmiyyətli bir azalma yaşanır.

Sperma DNT zərərini də artırır

Xüsusilə İngiltərə və Skandinaviya ölkələrində aparılan icma əsaslı araşdırmaların elektron siqaretlərin sperma sayını və keyfiyyətini azaltdığı aşkar olunub. Son illərdə artan və səbəbi müəyyən edilə bilməyən sonsuzluğa və təkrar düşüklərə səbəb olduğu göstərilən sperma DNT zədəsini artırdığı da müəyyən edilmişdir. Elektron siqaretlərin testosteron və penis qan dövranına təsiri ilə erektil disfunksiyaya səbəb olduğu da müəyyən edilib

Sonsuzluğu artırır

Siqaret həm kişinin cinsi sağlamlığına mənfi təsir edir, həm də sonsuzluğunu artıra bilər. Uşaq sahibi olmağa çalışan kişilər siqaretlə yanaşı, elektron siqaretdən də uzaq durmalıdırlar. Siqareti buraxma müalicələrində elektron siqaretin yeri yoxdur. Siqareti tərgitmək üçün ixtisaslı həkimlərdən kömək almaq gələcək nəsillər üçün də böyük əhəmiyyət kəsb edir".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun