İngiltərədə yaşayan iki uşaq anası Michaela Peacock baş dərisindəki şişkinliyə əvvəlcə əhəmiyyət vermədi. Xalın uşaqlıqdan bəri var olduğunu düşündü. Lakin yanvarda həkimə müraciət etdikdən sonra biopsiya nəticəsində həmin nahiyənin melanoma – dəri xərçəngi olduğu ortaya çıxdı.
E-saglam.az xəbər verir ki, Peacock deyir ki, gəncliyində günəş vannası qəbul etməyi çox sevib, amma günəş kremi istifadə etməyib. “Yanıqlarımın cəzasını indi çəkirəm”, – deyə o bildirib. Həkimlərin fikrincə, keçmişdəki günəş yanığı illər sonra melanomaya səbəb ola bilər.
Michaela-nın bədənindəki digər xallar də yoxlanılır. Onlarda da xərçəng tapılarsa, əlavə müalicəyə ehtiyac olacaq.
Peacock insanların dəri xərçəngini yüngül hesab etməsinə etiraz edir: “Melanoma ölümcül ola bilər, onu ciddi qəbul etmək lazımdır”. İndi o, çölə çıxarkən yüksək SPF-lı günəş kremi, papaq və gün eynəyi istifadə edir.
Statistikaya görə, İngiltərədə son on ildə dəri xərçəngi halları 30% artıb. Mütəxəssislər erkən diaqnozun həyati önəm daşıdığını bildirirlər: vaxtında aşkar edilərsə, sağ qalma şansı 100%-ə yaxındır.
Tərcümə: Könül Oruc