Xəstəliklər
Əl biləyində ŞİDDƏTLİ AĞRI: Bu şəxslər təhlükə ilə üzləşə bilərlər
Xəstəliklər
184

Əl biləyində ŞİDDƏTLİ AĞRI: Bu şəxslər təhlükə ilə üzləşə bilərlər

Əl biləyinizdə şiddətli, mütəmadi yaranan ağrı hiss edirsinizsə, hissiyyat itkisi və ya uyuşma yaranırsa bu, karpal tunel xəstəliyinin xəbərçisi ola bilər.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, bu bilək, barmaqlarda sinirlərin sıxışması ilə özünü göstərir. Sinirlərin əzələ toxumasına, sümüklərə göstərdiyi təzyiq nəticəsində ağrı meydana gəlir. Adətən 3 barmaqda daha çox müşahidə edilir. 40 yaşdan yuxarı insanlarda daha çox görülür.

Kimlər daha çox risk altındadır?

30-60 yaş arası insanlar,

Xüsusilə qadınlar

Kompyuterdən çox istifadə edənlər

Uzunmüddət telefonla danışanlar

Günün yarısını maşından istifadə edənlər(sürənlər)

Musiqiçilər

Dərzilər

Tennis oyunçuları və s.

Hansı vəziyyətlər bu xəstəlik riskini artırır?

Hamiləlik

Revmatizm xəstəliyi

Diabet

Xroniki böyrək çatışmazlığı

İnfeksiyalar

Şişlər

Artıq çəki

Boyun yırtığı əməliyyatından sonra

Bilək burxulması problemləri

Bəs xəstəliyin əlaməti nədir?

Əlin ilk üç barmağında ağrı

Baş barmaqda uyuşma hissi

Qol hərəkət etdirildiyi zaman artan yanma, ağrı hissi

Bilək ağrıları

Əl əzələlərində ağrı

Qoldan çiyinə qədər uzanan ağrı

Bəs müalicəsi necə aparılır?

Cərrahi və dərman müalicə üsulundan istifadə edilə bilər. Bu problemdən əziyyət çəkənlərin hər birinin əməliyyat olunması vacib deyil. Bununla yanaşı altda yatan əsas xəstəliklər müalicə edilməlidir.

Həmçinin edilən bəzi fiziki hərəkətlər də xəstəlik zamanı effektli ola bilər. Bunu vəziyyətinizə, şikayətinizə uyğun həkiminiz təyin etməlidir./publika.az/

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun