Tibbi xəbərlər
Əkiz övlad dünyaya gətirən ananın ölüm səbəbi açıqlandı - YENİLƏNİB + RƏSMİ
Tibbi xəbərlər

Əkiz övlad dünyaya gətirən ananın ölüm səbəbi açıqlandı - YENİLƏNİB + RƏSMİ

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından (RMX) ana ölümü ilə bağlı açıqlama verilib.

E-saglam.az məlumat verir ki, xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-yə kritik ağır vəziyyətdə daxil olub:

“Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib. Uşaqlığında çapıq var idi, çünki ilk doğuşu da qeysəriyyə vasitəsilə həyata keçirilib.

Daxil olduğu zaman periferik ciddi ödəmləri olub, təzyiqi 220-150, ağır dərəcədə preeklampsiya, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kiloqram 300 qr, digəri isə 2 kiloqram 100 qr olaraq qeysəriyyə əməliyyatına alınıb və götürülüb. Uşaqların vəziyyəti stabildir”.

Qeyd edilib ki, ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb:

“Reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib. Xəstənin ağ ciyəri ödəm idi. Bir neçə patologiya bir arada olduğuna görə reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirilib. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə altı saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib.

Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olundu, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkişaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edildi. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

10:40

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Biləsuvar rayon sakini Xəyalə Əhmədovanın xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib.

Daha sonra X. Əhmədovanın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun