Tibbi xəbərlər
Əhliman Əmiraslanov: “Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir”
Tibbi xəbərlər
117

Əhliman Əmiraslanov: “Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir”

“Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” movzusunda ictimai dinləmədəki çıxışı zamanı deyib.

O qeyd edib ki, hər il qanunda dəyişikliklər edilir: “Düzdür, bu sahədə ölkəmizdə xeyli uğurlar qazanılıb, həmçinin səhiyyə sahəsində xeyli islahatlar aparılır. Lakin arxayınlaşmaq olmaz. Ölüm saylarının azaldılması üçün əlimizdən gələni etməliyik”.

Millət vəkili vurğulayıb ki, eyni zamanda erkən nikah hadisələrinin azaldılmasına çalışmaq lazımdır: “Bu məsələdə vətəndaşların özlərindən də çox şey asılıdır. Hələ də az da olsa, xəstəxanalardan kənarda doğuş halları baş verir ki, bu kimi hadisələr ana və uşaq ölümlərinin artmasına təsir göstərən əsas amillərdir”.

Komitə sədri bildirib ki, narkomaniya sahəsində də ölkədə böyük problemlər mövcuddur.

“Bu problemin mübarizəsi ilə bir çox bir qurum məşğul olur və olmalıdır. Çünki bu elə bir bəladır ki, həmin problemlə bağlı ayıq-sayıq olmalı və onunla mübarizədə əlimizdən gələni etməliyik”./Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun