Son illər Azərbaycanda ana və uşaq ölümlərinin sayında azalma olsa da, bu istiqamətdə müvafiq orqan və Milli Məclisin Səhiyyə komitəsinin qarşısında görüləcək işlər hələ çoxdur.
E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu sahədəki rəqəmlər MDB məkanı ilə müqayisədə aşağı olsa da, Avropa və dünyanın bəzi ölkələri ilə müqayisədə qaneedici deyil.
“Ona görə də bu istiqamətdə görüləcək işlər gücləndirilməlidir”, - komitə sədri vurğulayıb. //Report