Tibbi xəbərlər
Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc
Tibbi xəbərlər
45

Əhalinin əczaçılıq məhsullarına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb - ARAŞDIRMA

2021-2025-ci illərin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılara satılan əczaçılıq məhsulları və tibbi ləvazimatların dəyəri açıqlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında hesablamalar aparıb.

5 ilin eyni dövründə istehlakçılar əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 890 milyon manat xərcləyiblər.

Təkcə bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi 465 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb. Beləliklə, bu göstərici son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

İllər

Xərc

2021

283,7 milyon manat

2022

340,7 milyon manat

2023

399,5 milyon manat

2024

401,9 milyon manat

2025

465 milyon manat

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb.

Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun