Daxili Xəstəlikləri Mütəxəssisi Dr. Mert Bektaş xəbərdarlıq edir ki, bahar yorğunluğu adətən keçici olsa da, 4-6 həftədən çox davam edərsə, bu, B12, D vitamini və dəmir çatışmazlığı, anemiya və ya tiroid problemlərinin göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, bu halda həkimə müraciət etmək və müvafiq qan testləri vermək vacibdir.
Dr. Bektaş yaz yorğunluğunun hormonal dəyişikliklər, hava şəraiti və çiçək tozlarına məruz qalma ilə bağlı olduğunu bildirir. Xroniki yorğunluq, yuxu pozğunluğu, baş və əzələ ağrıları, əhval dəyişikliyi və konsentrasiya pozğunluğu kimi simptomlar müşahidə edilə bilər.
Yorğunluğun öhdəsindən gəlmək üçün düzgün qidalanma, antioksidan və omeqa-3 ilə zəngin məhsullar, D vitamini, kifayət qədər su qəbulu, yüngül fiziki aktivlik və keyfiyyətli yuxu tövsiyə olunur. Dr. Bektaş həmçinin vurğulayır ki, davamlı simptomlar olduqda peşəkar tibbi yardım almaq enerjili və sağlam bahar keçirmək üçün əsas şərtdir.
Tərcümə: Könül Oruc