Yaraların və sıyrıqların uzun müddət sağalması bir sıra xəstəliklərdən xəbər verə bilər.
E-saglam.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov deyib.
O bildirib ki, yaraların və sıyrıqların uzun müddətə sağalması 2-ci tip diabet və venoz çatışmazlığından ola bilər.
2-ci tip diabetin səbəbləri:
- Yağlı və yüksək kalorili qidalarla zəngin zəif pəhriz, həmçinin şəkər və karbohidratların həddindən artıq istehlakı
- Fiziki fəaliyyətin olmaması və oturaq həyat tərzi
- 2-ci tip diabetin inkişafında irsiyyət rol oynayır. Əgər yaxın ailə üzvləriniz bu xəstəliyə tutulursa, 2-ci tip diabet inkişaf riskiniz daha yüksək ola bilər.
- İnsulin müqaviməti. Bu, orqanizmin hüceyrələrinin insulinə düzgün reaksiya vermədiyi və nəticədə qan şəkərinin yüksək olduğu bir vəziyyətdir.
- Artıq çəki və piylənmə. Həddindən artıq bədən yağı insulin müqavimətinə və qlükoza emalının pozulmasına səbəb ola bilər.
-2-ci tip diabetin inkişaf riski yaşla artır. Həkimlər etiraf edirlər ki, son illərdə xəstəlik kəskin şəkildə “cavanlaşıb”.
Tərcümə: Könül Oruc