Yandex watch
Əgər sızanağınızın rəngi belədirsə,

Zərərsiz görünən bəzi dəri dəyişiklikləri əslində ciddi təhlükə yarada bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, dermatoloqlar xəbərdarlıq edirlər ki, sızanağa bənzəyən, lakin fərqli xüsusiyyətlərə malik olan bəzi dəri lezyonları melanoma – yəni dəri xərçəngi ola bilər.

Sızanaq deyil, nodulyar melanoma

Mütəxəssislərin bildirdiyinə görə, nodulyar melanoma adlı bu tip dəri xərçəngi klassik melanomadan fərqlənir. Adətən tünd rəngli olmur, əksinə, qırmızı, sərt və qabarıq olur. Bu səbəbdən insanlar tərəfindən tez-tez adi sızanaq və ya ziyil kimi qəbul edilir. Nəticədə, vaxtında diaqnoz qoyulmur və bu, xəstənin həyatını riskə atır.

Təhlükəli və sürətli inkişaf edir

Nodulyar melanoma son dərəcə aqressiv xarakter daşıyır. Mütəxəssislər qeyd edirlər ki, bu növ melanoma digər növlərlə müqayisədə altı dəfə daha ölümcül ola bilər. Xəstəliyin vaxtında aşkarlanması həyati əhəmiyyət daşıyır – diaqnoz 2 ay ərzində qoyulmalıdır.

Az rast gəlinir, amma daha çox öldürür

Avstraliya Dermatoloqlar Kollecinin elmi konfransında çıxış edən dosent Dr. Con Kelli bildirib ki, bu tip melanoma bütün halların 15 faizini təşkil etsə də, ölüm hallarının 43 faizinə səbəb olur. Bu isə onun nə qədər təhlükəli olduğunu sübut edir.

Nə zaman şübhələnmək lazımdır?

Nodulyar melanomalar adətən qısa müddətdə – bir ay ərzində – sürətlə böyüyən, sərt və toxunduqda yumşalmayan düyünlər şəklində yaranır. Onlar sıxıldıqda içi boşalmır və adi sızanaqlardan fərqli davranır.

Ən kiçik şübhədə dərhal dermatoloqa müraciət edin

Mütəxəssislər xəbərdarlıq edirlər: əgər dərinizdə bu tip dəyişiklik hiss edirsinizsə və ya sızanağa bənzəyən, lakin fərqli davranan bir düyün varsa, mütləq dermatoloqa müraciət edin. Erkən diaqnoz həyat qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az