Faydalı
E vitamininin dəri üçün
Faydalı
215

E vitamininin dəri üçün 5 faydası

Mütəxəssis dietoloq və fitoterapiya mütəxəssisi Merve Öz bildirir ki, E vitamini dərini nəmləndirir, qoruyur və bərpa edir. Güclü antioksidant olan bu vitamin dərini sərbəst radikallardan qoruyaraq yaşlanmanı yavaşladır.

E-saglam.az E vitamininin dəriyə əsas faydalarını təqdim edir:

1. Güclü nəmləndirici

E vitamini dərinin təbii nəm balansını qoruyur, dərini yumşaq saxlayır və xarici təsirlərə qarşı qoruyur. Dəri baryerini gücləndirərək qurutma və soyulmanın qarşısını alır.

2. Yaşlanma əleyhinə təsir

Sərbəst radikallarla mübarizə apararaq dəridə qırışların və elastiklik itkisinə səbəb olan təsirləri azaldır. Kollagen istehsalını dəstəkləyir, dərini daha gənc və möhkəm saxlayır.

3. Təbii günəş qoruyucu

E vitamini UVB şüalarını udaraq günəşin zərərli təsirlərindən qoruyur. Günəş yanığının sağalmasını sürətləndirir və dəriyə sakitləşdirici təsir göstərir.

4. Ləkəyə qarşı

Hiperpiqmentasiya və günəş ləkələri kimi dəri rəngi bərabərsizliyini azaldır. Dəri tonunu bərabərləşdirməyə kömək edir.

5. Güclü bərpaedici

Yaraların, uzanma izlərinin və digər dəri zədələrinin sağalmasını sürətləndirir. Hüceyrə yenilənməsini dəstəkləyir və dərini daha sağlam edir.

Təbii E vitamini mənbələri

E vitamini ilə zəngin olan qidalar bunlardır:

Bitki yağları: Zeytun yağı, günəbaxan yağı

Qoz-fındıq və toxumlar: Badam, fındıq, fıstıq, günəbaxan tumları

Balıqlar: Alabalıq, qızılbalıq

Tərəvəz və meyvələr: Brokoli, balqabaq, ispanaq, kələm, qulançar, pazı, avokado, manqo, kivi, qırmızı şirin bibər

Bədən üçün əhəmiyyəti

E vitamini hüceyrələri oksidləşdirici stresdən qoruyur. Onun çatışmazlığı infeksiya riski, dəri problemləri, görmə zəifliyi, əzələ zəifliyi və hətta ürək xəstəlikləri riskini artırır.

- Ürək-damar sistemini qoruyur

- Qan laxtalanmasının qarşısını alır

- Qan damarlarını genişləndirir

- Yağlı qaraciyər xəstəliyi riskini azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun