E-saglam.az səhiyyə və tibbi xəbərlər portalı
E-saglam.az səhiyyə və tibbi xəbərlər portalı

Bu gün E-saglam.az xəbər portalının fəaliyyətə başlamasından 3 il ötür.

E-saglam.az səhiyyə və tibbi xəbərlər portalı 2021-ci ilin 20 aprel tarixində fəaliyyətə başlayıb.

Portalın məqsədi maarifləndirmənin az olduğu bir zamanda səhiyyə sektorunu və oxucuları operativ məlumatlarla təmin etməkdir. 

Oxucularımız saytımızda gündəlik səhiyyə ilə bağlı xəbərlər, müxtəlif xəstəliklərlə bağlı və faydalı məlumatlar, düzgün qidalanma, həkim məsləhətləri, həkimlərlə müsahibələr, tibbi vakansiyalar, tibb sahəsində peşəkar mütəxəssislərin fəaliyyəti və s. ilə tanış ola bilərlər.

E-saglam.az ötən müddət ərzində ölkədə etimad və istinad edilən, seçilən səhiyyə və tibbi xəbərlər portalı olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya səhiyyəsində baş verən məlumatları oxumaq üçün E-saglam.az-ı ziyarət edir.

E-saglam.az