Yandex watch
E-bülleten nədir,

Son günlərdə ən çox danışılan mövzu e-bülletendir. Bəs e-bülleten nədir və biz onu necə istifadə edəcəyik?

Emlakbazari.az

E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə İnsan Resursları üzrə Konsultant Tahirə Axundova məlumat verib: “E-bülleten (elektron xəstəlik vərəqəsi) bizim bildiyimiz bülleten sənədlərini istifadədədən çıxaracaq və biz artıq bülletenləri sənəd üzərindən qəbul etməyəcəyik. Bütün xəstəxanalarda, tibb müəssisələri və.s artıq bülleten yaratdıqda sənəd tərtib etməyəcəklər.

Belə ki, may ayının 1-dən bütün bülleten sənədləri müəyyən portallara əlavə edilərək yaradılacaq və aidiyyatı olan şəxslər tərəfindən imzalandıqdan sonra həmin vətəndaşın üzərinə sistemdə yükləniləcək.

Burada sual yaranır ki, təşkilat olaraq həmin bülletenləri necə yoxlayıb, necə baxacağıq?

Artıq çox güman ki, keçən ildən “Xəstəlik vərəqəsi” bölməsi yaradılan ƏMAS portalına daxil olaraq görmək mümkün olacaq. Həmin bölməyə daxil olaraq, işçinin FIN kodunu və ya adını, soyadını qeyd edərək, onun adına açılan, yaradılan bütün bülleten sənədlərini görmək mümükün olacaq. 

E-saglam.az