Qidalanma
Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Qidalanma

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir.

E-saglam.az xəbər verir ki, gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:

* Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsinə səbəb olur.

* Duzun çox qəbul edilməsi sidiklə kalsiumun xaric olunmasına səbəb olur ki, bu zaman sümüklər zəifləyir.

* Duzun miqdarını azaltmaq üçün dadına baxmadan yeməyə duz əlavə etmək olmaz.

* Həmişə təzə və duza qoyulmamış qidalar qəbul etmək lazımdır.

* Evə alınan duzun keyfiyyətinə nəzarət edilməlidir.

* Süfrəyə duz qoyulmamalıdır.

* Duz əvəzinə bəzi qidalara cəfəri, nanə qurusu, razyana, reyhan kimi dadlandırıcılar qatılsa, orqanizm daha faydalanar və sağlam olar.

* Turşu, ketçap, xardal, soya sousunun tərkibində duz çoxdur. Nə qədər az istifadə edilərsə, bir o qədər faydalıdır. Bu qidalardan uzaq durmaq lazımdır.

* Duzun orqanizmə zərərini azlatmaq üçün bol meyvə və tərəvəz qəbul etmək lazımdır.

* Duzun orqanizmə təsirini azaltmaq üçün bol su içmək lazımdır./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun