Tibbi xəbərlər
Durduq yerdə bədənin qaşınması
Tibbi xəbərlər
123

Durduq yerdə bədənin qaşınması təhlükəli siqnal ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, səbəbsiz görünən bədən qaşınması sadə dəri problemi yox, ciddi xəstəliklərin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, araşdırmalara görə, qaraciyər və böyrək pozğunluqları, qalxanabənzər vəzi xəstəlikləri və şəkərli diabet qaşınmanın əsas səbəbləri arasındadır.

Orqanların fəaliyyəti zəiflədikdə qanda zərərli maddələr yığılır və bu, xüsusilə gecələr daha şiddətli qaşınmaya yol açır. Qalxanabənzər vəzinin düzgün işləməməsi də dəridə quruluq və həssaslıq yaradaraq qaşınmaya səbəb ola bilər.

Şəkərli diabet xəstələrinin dərisi daha həssas olduğundan mantar infeksiyaları və qaşınma riski artır. Bu hal əsasən ayaq, qol və qasıq nahiyələrində müşahidə edilir.

Həkimlər bildirirlər ki, səbəbi bilinməyən qaşınma yüngül sayılmamalıdır. Şikayət uzun sürərsə, mütləq müayinə üçün həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun