Tibbi xəbərlər
Dünyanın nəhəng səhiyyə şirkəti
Tibbi xəbərlər
291

Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir

Danimarkanın dünyaca tanınmış dərman şirkəti Azərbaycanda şirkət təsis edir.

Banker.az-a daxil olan məlumatlara əsasən, “Novo Nordisk” şirkəti bundan sonra Azərbaycanda “Novo Nordisk Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət göstərəcək.

“Novo Nordisk Azerbaijan” MMC-nin direktoru Gülşabə Abbasova Sabir qızıdır. Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 37 ünvanında 500 000 manatla dövlət qeydiyyatına alınıb. Gülşabə Abbasova bundan öncə şirkətin Azərbaycan üzrə meneceri idi.

“Novo Nordisk”ın əsası 1923-cü ildə qoyulmuşdur və mənzil qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşir.

Şirkətin məqsədi diabeti və piylənməni, nadir qan və endokrin xəstəliklər kimi digər ciddi xroniki xəstəlikləri məğlub etmək üçün dəyişikliklərin təşəbbüskarı olmaqdan ibarətdir.

Qeyd edək ki, “Novo Nordisk” 2023-cü ildə ümumilikdə $35 mlrd. gəlirə qarşı $12 mlrd. ətrafında xalis mənfəət edib.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun