İngiltərə dünyada ilk dəfə olaraq bel soyuğu (gonoreya) infeksiyasına qarşı rəsmi peyvənd proqramına start verir. Bu addım, xəstəliyin yayılma tempinin artması və antibiotiklərə qarşı davamlı bakteriyaların ortaya çıxması fonunda atılıb.
E-saglam.az xəbər verir ki, Milli Sağlamlıq Sistemi (NHS) avqustdan etibarən cinsi sağlamlıq klinikalarında risk qrupuna daxil olan şəxslərə pulsuz peyvənd tətbiq edəcək. Buraya bir neçə cinsi partnyoru olan, daha əvvəl infeksiyaya yoluxan, xüsusilə gey və biseksual kişilər daxildir.
Peyvənd, meninqokok B infeksiyasına qarşı istifadə edilən 4CMenB adlı mövcud peyvəndə əsaslanır. Tam qoruma təmin etməsə də, yoluxma riskini azaldır.
2023-cü ildə ölkədə 85 min gonoreya diaqnozu qoyulub. İmperial Kollec London hesab edir ki, bu proqram növbəti 10 ildə 100 min yoluxmanın qarşısını ala və 7,9 milyon funt qənaət etdirə bilər.
Tərcümə: Könül Oruc