Xəstəliklər
Dünyada hər il 20 milyondan çox insult hadisəsi baş verir
Xəstəliklər

Dünyada hər il 20 milyondan çox insult hadisəsi baş verir - Səbəbi nədir?

Dünyada hər il 20 milyondan çox insult hadisəsi baş verir.

Doktor Hakan Bozkurt bildirib ki, beyin damarlarının ani tıxanması və ya qopması nəticəsində beyin zədələnməsi nəticəsində meydana gələn və 24 saat və ya daha çox davam edən əlamətlərə insult deyilir.

E-saglam.az xəbər verir ki, 24 saatdan az müddətdə aradan qalxan vəziyyətlərə keçici işemik hücum (TİA) deyilir və ürək anginasından (sinə ağrısı) sonra infarkt kimi keçici işemik hücum meydana gəldiyində simptomlar müvəqqəti olur, ardından ağır iflic ola bilər.

Hakan Bozkurtun sözlərinə görə, hər il dünyada 20 milyondan çox insult hadisəsinin baş verir: "Təxminən 8 milyon insanın insult səbəbiylə ölür. Beyin-damar xəstəlikləri dünyada altmış yaşdan yuxarı əhali arasında ürək-damar xəstəliklərindən sonra ikinci ölüm səbəbi, əlillik və işçi qüvvəsi itkisinin birinci səbəbidir.

Cəmiyyətdəki insultların təxminən yüzdə 80-ni işemik, yüzdə 20-si isə qanaxma səbəbiylə inkişaf edib. Üzdə, qolda və yaxud ayaqda bədənin bir tərəfində uyuşma və güc itkisi, çaşqınlıq, yaddaş itkisi, düzgün cümlə qura bilməmə, dodaq və ya heç danışa bilməmə, udma çətinliyi, disbalans, bir və ya hər iki gözdə görmə itkisi, şiddətli və ani baş ağrısı, başgicəllənmə ümumi insult əlamətləridir. 

İnsult və digər bütün damar xəstəliklərindən qorunmaq üçün sağlam qidalanmaq, fiziki fəaliyyətlərə laqeyd yanaşmamaq, siqaret çəkməmək və sağlam həyat tərzi vərdişləri əldə etmək çox vacibdir".

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun