Tibbi xəbərlər
Dünyada ən yaşlı qadın vaksinləmə zamanı aşkarlanıb
Tibbi xəbərlər

Dünyada ən yaşlı qadın vaksinləmə zamanı aşkarlanıb

Hindistan həkimləri koronavirusdan vaksinləmə zamanı dünyada ən yaşlı qadını aşkarlayıblar.

E-saglam.az xəbər verir ki, bu barədə “Metro” nəşri bildirib.

Həkimlər Baramul şəhərində evdə keçirdikləri vaksinləmə zamanı pasiyentlərdən biri 124 yaşlı Rexti Bequm olub. Qadın onlara yaşının əks olunduğu kartı göstərib. Bu informasiyanın rəsmi təsdiqi yoxdur, ancaq həkimlər onu etibarlı hesab ediblər.

Təsadüfən aşkarlanmış Rexti Bequm dünyanın ən yaşlı qadın sakini Kane Tanakidən 6 yaş böyükdür. Sonuncu 2018-ci ildən Yer kürəsində yaşayan ən qoca insandır. Bundan başqa, Hindistanın uzunömürlü sakini hətta 1997-ci ildə 122 yaşında vəfat etmiş fransız Janna Kalmandan da böyükdür. Janna Kalman insanlardan ən qocası hesab edilirdi.

Həkimlər bildiriblər ki, Rexti Bequm koronavirusdan vaksin edilib. // Report

Rexti Bequm

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun