Tibbi xəbərlər
Dünyada bir ilk: İİV-ə qarşı 100% effektivlik göstərən
Tibbi xəbərlər
141

Dünyada bir ilk: İİV-ə qarşı 100% effektivlik göstərən peyvənd təqdim olundu

ABŞ-də insanın immunçatışmazlığı virusuna (İİV) yoluxmasının qarşısını almaq üçün dünyada ilk dəfə 100% qoruma təmin edən peyvənd - "Yeztugo" adlı inyeksiya təsdiqlənib. "Gilead Sciences" şirkətinin hazırladığı bu preparat ildə cəmi iki dəfə tətbiq olunur və klinik sınaqlarda 99,9-100% effektivlik göstərib.

E-saglam.az xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri məlumat yayıb.

İki genişmiqyaslı klinik sınaqdan biri Afrikada 2 000 qadın üzərində aparılıb və bu müddətdə yoluxma halı qeydə alınmayıb.

Digər sınaqda isə cəmi iki yoluxma hadisəsi baş verib ki, bu da mövcud gündəlik PrEP (öncədən qoruyucu preparatlar) vasitələrindən xeyli daha effektiv nəticə deməkdir.

Peyvəndin bəzi yüngül yan təsirləri (inyeksiya yerində ağrı, baş ağrısı, ürəkbulanma) müşahidə olunub.

Hazırda əsas narahatlıq preparatın qiyməti ilə bağlıdır - ABŞ-də illik dəyəri 25-39 min dollar arasında dəyişə bilər.

"Gilead" artıq 120 azgəlirli ölkədə ucuz jenrik versiyaların istehsalı üçün razılaşmalar imzalayıb. Alimlərin hesablamalarına görə, bu peyvəndin kütləvi istehsalında maya dəyəri cəmi 25 dollar ola bilər.

Qeyd olunur ki, "Yeztugo" yalnız İİV yoluxmasının qarşısını alır, lakin cinsi yolla keçən digər infeksiyalara qarşı qoruyucu təsir göstərmir. 

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun