Tibbi xəbərlər
Döş xərçənginə qarşı
Tibbi xəbərlər
178

Döş xərçənginə qarşı büstqalter

Dünya şöhrətli alim, ürək üçün kardiostimulyatorun müəllifi türkiyəli fizik Canan Dağdeviren son ixtirası ilə elm dünyasının gündəminə gəlib.

E-saglam.az xəbər verur ki, Dağdeviren döş xərçəngini aşkar edən elektron büstqalter hazırlayıb.

Canan Dağdeviren Harvard Universitetində gənc akademiya üzvü seçilən ilk türk olub.

O, Forbes jurnalının “30 yaşa qədər 30 alim” siyahısına daxil edilib.

ABŞ-da yaşayan Canan Dağdeviren və komandasının istehsal etdiyi geyilə bilən ultrasəs skan cihazı döş xərçənginin diaqnozu üçün həyati əhəmiyyət kəsb edir.

Heç bir təcrübə tələb etməyən elektron büstqalter ultrasəs sensorları ilə xərçəng toxumalarını aşkar edə bilir.

Skanlama həkimə getmədən hər gün edilə bilər.

Dağdeviren, bu şəkildə gözdən qaçırıla biləcək halların dövri müayinə ilə tutula biləcəyini vurğulayıb.

“Bu cihazı bütün qadınlara ərmağan edirəm, siz tək deyilsiniz”, deyə türkiyəli alim vurğulayıb.

© Saglamolun.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun