Tibbi xəbərlər
Donuz böyrəyi köçürülmüş amerikalı
Tibbi xəbərlər
182

Donuz böyrəyi köçürülmüş amerikalı rekorda imza atdı

67 yaşlı amerikalı Tim Endryus ona geni dəyişdirilmiş donuzdan böyrək köçürüldükdən sonra altı aydan çoxdur ki, yaşayır.

E-saglam.az bu barədə "Nature" jurnalına istinadla xəbər verir.

Bu, donuz orqanının canlı insana köçürülməsindən sonra sağ qalma rekordudur.

Endryus terminal böyrək çatışmazlığından əziyyət çəkirdi və yanvar ayında baş verən əməliyyatdan əvvəl iki ildən çox dializdə olub. O, əməliyyatdan bəri dializə ehtiyac duymur.

Əvvəllər rekord geni dəyişdirilmiş donuzdan böyrək köçürüldükdən sonra dörd ay doqquz gün yaşayan 53 yaşlı amerikalı Tovana Luniyə məxsus olub.

Oxu.az

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun