Qidalanma
Dönərdən daha iki nəfər zəhərləndi: Xəstəxanaya yerləşdirildilər
Qidalanma
218

Dönərdən daha iki nəfər zəhərləndi: Xəstəxanaya yerləşdirildilər

Şəkidə iki qadın dönərdən zəhərlənib.

E-saglam.az-ın məlumatına görə, rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən “Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.

Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də toyuq dönərindən zəhərlənmişdi./APA/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun