Tibbi xəbərlər
Doğuşdan sonra qalan qarın ölümcül bir
Tibbi xəbərlər
317

Doğuşdan sonra qalan qarın ölümcül bir xəstəliyin əlaməti çıxdı

Britaniyalı Kristi Vud 2019-cu ilin sonunda qız övladı dünyaya gətirdi. Lakin doğuşdan sonra qarnı əvvəlki ölçüsünə qayıtmaq əvəzinə getdikcə böyüməyə başladı.

E-saglam.az xəbər verir ki, əvvəlcə bu vəziyyəti analıq stresi, hormonal dəyişikliklər və qeyri-sağlam qidalanma ilə əlaqələndirən 34 yaşlı qadın, 2020-ci ilin ortalarında həkimə müraciət etdi. O zaman qarnı səkkiz aylıq hamilə qadına bənzəyirdi.

KT müayinəsi nəticəsində yumurtalıqda ilkin olaraq xoşxassəli sayılan bir kist aşkarlandı. Lakin qısa zamanda məlum oldu ki, bu kist bədxassəlidir və artıq yırtılıb. Qadın təcili əməliyyata alındı və zədələnmiş yumurtalığı çıxarıldı. Həkimlər xərçəng hüceyrələrinin qan dövranına keçə biləcəyindən ehtiyat edərək, Vuda 9 həftəlik intensiv kimyaterapiya kursu tətbiq etdilər.

Kristi Vud deyir: “Əgər bir həftə əvvəl xəstəxanaya getsəydim, əməliyyat kifayət edəcəkdi. Hər şey çox sadə bitə bilərdi.”

Pandemiya səbəbilə müalicə müddətində yaxınları ona baş çəkə bilməyib, körpəsinə isə nənəsi baxıb. Sevindirici haldır ki, müalicə uğurlu alınıb və Kristi hazırda remissiya dövründədir.

Bu hadisə bir daha sübut edir ki, doğuşdan sonra bədəndəki dəyişiklikləri yalnız təbii səbəblərlə əlaqələndirmək olmaz – vaxtında həkimə müraciət həyat qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun