Xəstəliklər
Doğuşa nəzarət həbləri süd vəzi xərçənginə səbəb olurmu? - AÇIQLAMA
Xəstəliklər
262

Doğuşa nəzarət həbləri süd vəzi xərçənginə səbəb olurmu? - AÇIQLAMA

Uzun illərdir hamiləlikdən qorunma üsulu olaraq həblərdən istifadə olunur.

Bu sözləri E-saglam.az-a açıqlamasında Radioloq - Mammoloq TEN. Dr. Günel Əliyeva bildirib.

Onun sözlərinə görə, süd vəzi xərçəngi də sıxlıqla hormonlardan asılı olan bir xərçəngdir. Buna görə də doğum nəzarət həblərinin süd vəzi xərçənginə səbəb olub olmayacağı haqqında suallar yaranır.

Bəs doğuşa nəzarət həblərinin istifadəsi süd vəzi xərçənginə səbəb olurmu?

İndiyə qədər aparılan sahə tədqiqatlarında bu gün istifadə edilən aşağı hormonlu kontraseptiv həblərin süd vəzi xərçəngi riskini artırdığını göstərən heç bir qəti sübut aşkarlanmamışdır.

Ancaq süd vəzi xərçəngi və ya şübhəli bir vəziyyət varsa, yaxın ailə fərdlərində xərçəng aşkar olunubsa, bu dərmanlardan istifadə edilməməlidir. Bu dərmanlar süd vəzi xərçənginə səbəb olmasa da, artıq yaranmış süd vəzi xərçənginin inkişaf sürətinə bir növ təsir edə bilər. Bundan əlavə, bu dərmanların riskli şəxslərdə xüsusilə çox uzun müddət (5-10 ildən çox) istifadəsinin riski artıra biləcəyinə dair tapıntılar ola bilər.

Könül Oruc

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun