Tibbi xəbərlər
Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri
Tibbi xəbərlər
1034

Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar

Yaranmış situasiyadan çıxış yolu kimi doğuş prosesini təcili tibbi yardım avtomobilində həyata keçirən iki fərqli təcili tibbi yardım briqadasının əməkdaşları göstərdikləri çevik, operativ və nümunəvi xidmətə görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi tərəfindən mükafatlandırılıb.

TƏBİB-in mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata görə, onlar mayın 6-da Bakı şəhərində xəstəxanaya aparılarkən yolda baş verən doğuş prosesini, eləcə də mayın 15-də İsmayıllı rayonunda yaranmış əlverişsiz hava şəraitinə görə yolda qalan hamilə qadına kömək etməklə doğuş prosesini təcili tibbi yardım avtomobilində gerçəkləşdirən tibb işçiləridir.

Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov həmin əməkdaşları - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili və təxirəsalınmaz tibbi yardım həkimi Nərmin Pənahovanı, feldşer Xatunə İbrahimovanı, sürücü Aftandil Əhmədovu, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının mama-ginekoloqu Afaq Mirzəyevanı, mama İlahə Adgözəlovanı, feldşer Ramin Şıxaliyevi və sürücü Gülağa Abdullayevi təcili tibbi yardım xidmətinin nümunəvi və səmərəli təşkilinə görə təltif edib.

Xatırladaq ki, yaranmış gərgin vəziyyətdən çıxış yolu kimi təcili tibbi yardım avtomobilində idarə edilən hər iki doğuş prosesi uğurla başa çatıb. Yeni doğulan körpələr və analarına daha sonra tibb müəssisələrində zəruri tibbi xidmətlər göstərilib. Hər birinin vəziyyəti müsbət qiymətləndirilir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun