Tibbi xəbərlər
DNT-sinin dəyişdirildiyi ilk körpələr artıq 6 yaşındadır:
Tibbi xəbərlər
97

DNT-sinin dəyişdirildiyi ilk körpələr artıq 6 yaşındadır: Ünvanları sirr kimi qorunur

2018-ci ildə Çinli alim Jiankui ilk dəfə insan embrionlarının genetikasını dəyişdirərək, əkiz qızların və daha sonra üçüncü körpənin dünyaya gəlməsinə səbəb oldu.

E-saglam.az-ın məlumatına görə, bu cəsarətli addım elm dünyasında böyük səs-küy yaratdı və hələ də davam edən mübahisələrə yol açdı.

Jiankui Crispr-CAS9 texnologiyasından istifadə edərək, HİV-ə qarşı toxunmazlıq yaratmaq məqsədilə CCR5 genini deaktiv etdi. Lakin bu müdaxilənin yan təsirləri və elmi etikası ciddi suallar doğurdu.

Əkiz qızlar – Lulu və Nana – dövlət nəzarəti altında olduğu iddia edilir, lakin onların sağlamlıq və inkişaf vəziyyəti barədə məlumatlar gizli saxlanılır. Üçüncü körpə barədə isə rəsmi açıqlama yoxdur.

Jiankui bu təcrübədən sonra həbs edildi, 2022-ci ildə sərbəst buraxılsa da, elmi cəmiyyət tərəfindən qəbul edilmədi və nüfuzu zərər gördü.

Bu hadisə insanlıq tarixində texnologiyanın sərhədlərini müəyyən edən mühüm an kimi qalır. Gələcəkdə genetik xəstəliklərin qarşısının alınması ümidləri olsa da, etik məsələlər və bərabərlik problemləri hələ də böyük müzakirə mövzusudur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun