Ailə qidalanma mütəxəssisi Yuliya Popova xolesterolu azaltmağa kömək edən, lakin çox vaxt diqqətdən kənarda qalan bir məhsul haqqında danışıb.
E-saglam.az xəbər verir ki, o, bildirib ki, söhbət maş paxlasından gedir.
Mütəxəssisin sözlərinə görə, maş paxlası asan həzm olunan zülal baxımından çox zəngindir. 100 qram məhsulda təxminən 24 qram zülal var və bu zülalın təxminən 91 faizi orqanizm tərəfindən mənimsənilir.
Popova qeyd edib ki, yüksək lif tərkibi sayəsində maş paxlası orqanizmin zərərli maddələrdən təmizlənməsinə kömək edir və patogen bakteriyaların çoxalmasının qarşısını alır. Onun cücərtilərinin isə sərbəst radikalların aktivliyini 30 faizə qədər azalda bildiyi bildirilir.
Məhsul həmçinin fol turşusu və dəmir baxımından zəngindir. Bu maddələr hormonal balansın qorunmasına kömək edir və xüsusilə bəzi həssas dövrlərdə orqanizmin vəziyyətini yaxşılaşdırır.
Ekspert bildirib ki, maş paxlasını mütləq bişirmək lazım deyil. Onu 24 saat suda islatmaq kifayətdir və bu halda salatlara sağlam və qidalı əlavə kimi istifadə etmək mümkündür.
Tərcümə: Könül Oruc