Tibbi xəbərlər
Dişlərdəki sarı ləkələr hansı xəstəliyin
Tibbi xəbərlər
114

Dişlərdəki sarı ləkələr hansı xəstəliyin əlamətidir?

"Dişlərin rəngi bədəndə müəyyən xəstəliklərin və pozğunluqların göstəricisi ola bilər".

E-saglam.az xəbər verir ki, bu barədə məşhur stomatoloq Allan Çjan "Daily Mail"ə danışıb.

Onun sözlərinə görə, dişlərdə sarı ləkələr çox vaxt çay və ya qəhvənin təsirindən yaranır. Lakin bəzi hallarda bu, qaraciyər xəstəliklərindən də xəbər verə bilər.

Mütəxəssis bildirib ki, ölü diş adətən mat görünür və boz rəng alır. Bundan başqa, diş minası zədələndikdə və ya qlütenə qarşı dözümsüzlük olduqda da oxşar rəng dəyişikliyi müşahidə oluna bilər.

Çjanın sözlərinə görə, dişlərdə qəhvəyi zolaqların əmələ gəlməsi çox vaxt tərkibində flüor yüksək olan diş pastalarından düzgün istifadə edilməməsi və ya bu elementlə zəngin suyun qəbul edilməsi ilə bağlıdır. O əlavə edib ki, uşaqlıq dövründə antibiotiklərin qəbulu da dişlərdə tünd boz və ya mavi rəngli izlər qoyur.

Həkim sonda qeyd edib ki, kariyesin ilkin mərhələsində dişlərdə ağ ləkələr yaranır. Xəstəlik irəlilədikcə həmin ləkələr tünd qəhvəyi və ya qara rəngə çevrilir.

Oxu.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun