Dişlərin bir birinə sürtülməsinə, sıxılmasına bruksizm deyilir. Təbabət buna təsir edən bir sıra faktorları qeyd etsə də, əfsuslar olsun ki, bu problemin birbaşa səbəbi hələ də məlum deyil.
E-saglam.az pediatr-endokrinoloq Sevda Novruzovanın yazısını təqdim edir.
Bu faktorlar aşağıdakılardır:
* Stomatoloji problemlərdə: çürük diş, damaq problemləri zamanı və bəzən də uşaqların diş çıxarma dövründə.
* Stressli mühitdə böyüyən, məsələn, məktəbdə uğursuzluğu olan, valideynləri tez-tez mübahisə edən uşaqlarda,
* Diqqət əskikliyi olan və hiperaktiv uşaqlarda. Bu uşaqlar hislərini və emosiyalarını daha çox bu şəkildə büruzə verə bilirlər.
* Qulaq ağrısı, qulaq yolunun iltihabı zamanı,
* Reflyuksu olan uşaqlarda,
* Əgər qıcırdatma ilə bərabər, ağızdan su axması, ağız ətrafında qaşınma, qarın ağrısı, iştahsızlıq da varsa bu zaman qurddan şübhələnmək olar.
* Burunla nəfəs almağa maneə olan hallarda: allergik rinit, adenoid olan uşaqlarda,
İndi gələk mühüm məqama, xəstəliyin müalicəsinə. Əziz valideynlər bruksizimin xüsusi bir müalicəsi YOXDUR. Bu müalicə, sadəcə bu faktorların aradan qaldırılmasına yönəlmişdir. Bu hal uzunmüddətli davam edərsə, stomatoloqun və pediatırın baxışı məsləhətdir. Çünki bu vəziyyət uzun müddət davam etdikdə dişlərdə yeyilmələr, çeynəmə əzələlərində ağrılara səbəb ola bilər.
Başqa valideynlərin də məlumatlanması üçün yazını paylaşmağı unutmayın.